Güclü külək əsəcək - Xəbərdarlıq

 Güclü külək əsəcək -    Xəbərdarlıq
  02 Aprel 2022    Oxunub:1320
Milli Hidrometeorologiya Xidməti Bakıda güclü külək əsəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Xidmətindən AzVision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 4-də şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 4-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.

AzVision.az


Teqlər: Külək  



Xəbər lenti