"Manaf Ağayevin “Mercedes”i özünə qaytarılıb" - DİN

   "Manaf Ağayevin “Mercedes”i özünə qaytarılıb" -    DİN
  02 Aprel 2022    Oxunub:749
Daxili İşlər Nazirliyi (DİN) vəkil Adəm Məmmədovun müğənni Manaf Ağayevə məxsus "Mercedes" markalı avtomobilinin qanunsuz olaraq polisin cərimə meydançasında saxlanılması iddialarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev AzVision.az -a bildirib ki, vəkilin iddiaları əsassızdır.

"Manaf Ağayevin avtomobilinin polisin müvəqqəti dayanacaqda saxlanılması ilə bağlı vəkil Adəm Məmmədovun iddiaları həqiqəti əks etdirmir. Avtomobil Manaf Ağayevin barəsində tətbiq olunmuş inzibati tənbeh tədbiri ödənildikdən dərhal sonra müğənniyə təhvil verilib", - DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, fevralın 17-də sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılıb. Onlar qanunsuz səfərə görə 15 sutka həbs edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti