FHN partlayışla bağlı məlumat yaydı: - Nazir müavini hadisə yerinə gəldi
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində uçqun baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb.
Hazırda obyekt daxilində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və xəsarət alanlar var.
Əlavə məlumat veriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


