TƏBİB: "Partlayışda yaralananların 6-sının vəziyyəti ağırdır"

      TƏBİB:    "Partlayışda yaralananların 6-sının vəziyyəti ağırdır"
  03 Aprel 2022    Oxunub:704
3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar”.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti