Gecə klubunda yaralananlardan 2-si evə buraxılıb- YENİLƏNİB

 Gecə klubunda yaralananlardan 2-si evə buraxılıb-  YENİLƏNİB
  03 Aprel 2022    Oxunub:1223
Partlayış zamanı xəsarət alan şəxslərdən 2 nəfər evə buraxılıb.
AzVision.az-a TƏBİB-dən verilən məlumata görə, Nərimanov Tibb Mərkəzində müalicə alan 2 nəfər Mərkəzin həkimləri tərəfindən müayinə olunub, ilkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılmalarına icazə verilib.

***
08:57
Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır.

TƏBİB-dən AzVision.az-a verilən məlumata görə, İtaliya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir.

Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti