Gecə klubunda partlayışa 3 qaz balonundan sızma səbəb olub

   Gecə klubunda partlayışa 3 qaz balonundan sızma səbəb olub
  03 Aprel 2022    Oxunub:1502
Səbail rayonu, T.Əliyarbəyov 13 a ünvanında, "Goumet" restoranında gecə saatlarında partlayış baş verib.
"Azəriqaz" İB-dən AzVision.az -a verilən məlumata görə, partlayış maye qaz balonunda yaranmış sızma nəticəsində olub.

Belə ki, müəssisənin daxilində propan qaz balonları ( 3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil. Təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb. Ölən və yaralananlar var.

AzVision.az


Teqlər:



Xəbər lenti