Tanınmış bloqer də partlayışda yaralandı

 Tanınmış bloqer də partlayışda yaralandı
  03 Aprel 2022    Oxunub:1256
Bu gün saat 03:00 radələrində gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. Partlayışda 1 nəfər həlak olub, 37 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, yaralılardan biri tanınmış bloqer Aysel Şükürovadır. Onun hazırda xəstəxanada olduğu bildirilir.

Baş Prokurorluğun məlumatına görə, partlayış nəticəsində ölənlərin sayı 1 nəfərdir. O, gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundovadır. Hadisə zamanı 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

AzVision.az


Teqlər:



Xəbər lenti