BMT-nin rəsmisi partlayışla bağlı başsağlığı verib

   BMT-nin rəsmisi partlayışla bağlı başsağlığı verib
  03 Aprel 2022    Oxunub:717
“Dünən Bakıda baş vermiş faciəvi partlayışda yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı veririk”.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva tviterdə yazıb.

"Yaralıların tezliklə sağalmasını diləyirik", - Vladanka Andreeva qeyd edib.

Qeyd edək ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

AzVision.az


Teqlər:



Xəbər lenti