Oğuzdakı meşə yanğını söndürülüb
Yaxınlıqdakı fındıq bağları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonu, Xaçmazqışlaq kəndi yaxınlığında, dağətəyi ərazidə yanğın olması barədə məlumat daxil olub.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, təqribən 3 ha sahədə kol-kos, quru ot və meyvə ağacları yanır. Yanğınsöndürmə işləri davam edir.
Əlavə məlumat veriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


