"Azərbaycandan vərəmdən ölüm göstəricisi azalıb" - Nazir müavini

   "Azərbaycandan vərəmdən ölüm göstəricisi azalıb" -    Nazir müavini
  04 Aprel 2022    Oxunub:1297
"Son 15 ildə ölkədə vərəmlə mübarizə çərçivəsində bir çox müsbət addımlar atılıb. Əvvəlki illərin statistikası ilə müqayisədə hazırda Azərbaycanda vərəmin rastgəlmə tezliyi və ölüm göstəricisi əhəmiyyətli dərəcədə azalıb".
AzVision.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, vərəmin müalicəsi ilə bağlı aidiyyəti qurumlar birlikdə fəaliyyət göstərilməlidir: "Vərəmə qalib gəlmək üçün təkbaşına vuruşmaq heç bir nəticə verməyəcək".

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada bildirib ki, son iki ildə koronavirus pandemiyası səhiyyə xidmətlərinin göstərilməsinə təsirsiz ötüşməyib:

"Bu müddətdə vərəmlə bağlı mübarizə də diqqətdən kənar qalmayıb. Hər il Yaponiyada 2000 insan vərəmdən dünyasını dəyişir".

Səfir qeyd edib ki, ölkəsi Azərbaycan səviyyəsinə vərəmlə mübarizə üçün tibbi aparat hədiyyə edib.



Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti