"Vərəm problemi cəzaçəkmə müəssisəsində daha aktualdır"- Ədliyyə Nazirliyi

 "Vərəm problemi cəzaçəkmə müəssisəsində daha aktualdır"-    Ədliyyə Nazirliyi
  04 Aprel 2022    Oxunub:880
"Vərəm problemi cəzaçəkmə müəssisəsində daha aktualdır. Bizim rəqəmlər mülki sektordan hər zaman fərqlənir". AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, müalicənin nəticələri həm həssas, həm dərmanlara davamlı vərəm növündə də ÜST-ün tövsiyə etdiyi hədəf rəqəmlərdən qat-qat yüksəkdir: "Vərəmlə xəstələnmə vaxtında aşkarlansa, müalicə də effektiv ola bilər. Azad olunan keçmiş məhbusların sonrakı dövrdə müalicəsi də xüsusi əhəmiyyət daşıyır".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti