Türmələrdə vərəmdən ölüm göstəricisi açıqlandı

 Türmələrdə vərəmdən ölüm göstəricisi açıqlandı
  04 Aprel 2022    Oxunub:1488
"Ötən il cəzaçəkmə müəssiələrində vərəmdən ölüm faizi 1995-ci illə müqayisədə 141 dəfə azalıb. Bu rəqəm 2000-ci illə müqayisədə 28 dəfə, 2005-ci illə müqayisədə 13 dəfə, 2010-cu illə müqayisədə 4 dəfə, 2015-ci illə müqayisədə 1,5 dəfə azalıb".
AzVision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyini Tibb baş idarəsinin rəisi Rəfail Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

"Vərəmə nəzarət sahəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində dərmanlara həssas vərəmli xəstələrin 1-ci sıra dərmanlarla "uğurlu müalicə" faizi 96% təşkil edir. Bu rəqəm ÜST tərəfindən tövsiyə olunan hədəf göstəricisinsən (85%) yüksəkdir. Çoxsaylı Dərmana Davamlı (CDD) formalı (Rifampisinə Davamlı) vərəmli xəstələrin 2-ci sıra və yeni dərmanlarla uğurlu müalicə" faizi 88% təşkil edir. Halbuki, ÜST tərəfindən tövsiyə olunan hədəf göstərici 75%-dir" - o qeyd edib.

Rəfail Mehdiyev bildirib ki, 2021-ci ildə bütün vərəm hallarının sayı 2011-ci illə müqayisədə 3,7 dəfə, ÇDD vərəm hallarının sayı isə 3,3 dəfə az olub:

"100 000 nəfər populyasiya üçün hesablanan vərəm üzrə" xəstələnmə göstəricisi son 10 ildə 4,6 dəfə azalıb" - deyə o bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti