Sumqayıtda məişət tullantıları poliqonunda yanğın olub

Sumqayıtda məişət tullantıları poliqonunda yanğın olub
  04 Aprel 2022    Oxunub:871
Sumqayıt şəhəri məişət tullantıları poliqonunda bu gün saat 10 radələrində yanğın hadisəsi baş verib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov AzVision.az - a bildirib ki, yerli ekologiya idarəsinin əməkdaşları hadisə yerinə yollanıb.

Xidmət rəsmisinin sözlərinə görə, hazırda mütəxəsssislər tərəfindən atmosferə atılan tullantıların miqdarını müəyyən etmək məqsədilə araşdırma və monitorinqlər aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti