Ordumuzun hərbçiləri “Efes-2022” təlimlərində iştirak edəcək

   Ordumuzun hərbçiləri “Efes-2022” təlimlərində iştirak edəcək
  04 Aprel 2022    Oxunub:769
Azərbaycan Ordusunun hərbçiləri Türkiyədə keçiriləcək “Efes-2022” beynəlxalq təlimlərində iştirak edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda xidmət edən qrupun komandanlığı təlimlərə qatılacaq Azərbaycan hərbçiləri üçün kurslar keçib. Kurs zamanı gəmiyə çıxma, yaşayış məntəqəsində döyüş, kəndirlə tullanma və sahilə hücum tapşırıqları icra olunub.







AzVision.az


Teqlər:



Xəbər lenti