Merkel Ukraynanın NATO yolunda "sədd olması" na haqq qazandırdı

   Merkel Ukraynanın NATO yolunda    "sədd olması"   na haqq qazandırdı
  04 Aprel 2022    Oxunub:994
Almaniyanın keçmiş kansleri Angela Merkel Ukrayna problemi barədə danışıb. AzVision.az xəbər verir ki, o, 2008-ci ildə Ukraynanın NATO-ya daxil olması ilə bağlı təkliflərə mənfi reaksiya verməsinin düzgün qərar olduğunu söyləyib.
Bu barədə "dpa" agentliyi keçmiş kanslerin nümayəndəsinə istinadən məlumat yayıb.

Keçmiş kanslerin mətbuat katibinin sözlərinə görə, Merkel “2008-ci ildə Buxarestdə keçirilən NATO sammiti ilə bağlı qərarlarına sadiq qalır”. Həmin vaxt alyans Almaniya və Fransanın mövqeyinə görə Ukraynaya NATO-ya üzvlüklə bağlı fəaliyyət planı təqdim etməyib.

Eyni zamanda, mətbuat katibi qeyd edib ki, Merkel “federal hökumətin və beynəlxalq birliyin Ukraynaya yardım göstərmək və Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün səylərini” dəstəkləyir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Merkel   Ukrayna   NATO  



Xəbər lenti