Külək Bakıda məktəbin dam örtüyünü zədələyib

Külək Bakıda məktəbin dam örtüyünü zədələyib
  04 Aprel 2022    Oxunub:693
"Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtdakı 278 nömrəli tam orta məktəbin dam örtüyü zədələnib".
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzVision.az -a verilən məlumata görə, dam örtüyündə fəsadların yaranması barədə aidiyyəti qurumlara məlumat verilib: "Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək. Hava şəraiti ilə əlaqədar paytaxtın digər məktəblərində hər hansı ciddi hadisə baş verməyib".

Məlumat üçün bildirək ki, 278 nömrəli tam orta məktəb sonuncu dəfə 2008-ci ildə təmir olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti