Polşadan “Vahid Rusiya” ilə bağlı təklif: Bütün üzvləri “qara siyahı”ya düşsün

 Polşadan “Vahid Rusiya” ilə bağlı təklif:  Bütün üzvləri “qara siyahı”ya düşsün
  04 Aprel 2022    Oxunub:1219
Polşa Avropa İttifaqına “Vahid Rusiya” siyasi partiyasının bütün üzvlərinə sanksiya tətbiq etməyi təklif edib.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti ölkənin baş naziri Mateuş Moravetskiyə istinadən məlumat yayıb.
“Avropa Şurasının son iclasında biz həmçinin “Vahid Rusiya” partiyasının bütün üzvlərinə qarşı sanksiyalar təklif etmişdik”,- Polşanın baş nazir deyib.

2021-ci ilin sonunda 2,3 milyondan çox insan “Vahid Rusiya” partiyasına üzv olub. Hazırda Vahid Rusiya üzvlərinə qarşı gələcək sanksiyalarla bağlı təfərrüatlar yoxdur. Deputatlara və siyasi partiya tərəfdarlarına qarşı hansı məhdudiyyətlərdən söhbət getdiyi məlum deyil.


AzVision.az



Teqlər: Rusiya   polşa  



Xəbər lenti