AzTU il Türkiyə universitetləri arasında yeni əməkdaşlıq imkanları yaranıb

   AzTU il Türkiyə universitetləri arasında yeni əməkdaşlıq imkanları yaranıb
  04 Aprel 2022    Oxunub:1289
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türkiyədə işgüzar səfərdə olub.
AzTU-dan AzVision.az -a verilən məlumata görə səfər çərçivəsində Türkiyənin Boğaziçi Universiteti, Yıldız Texniki Universiteti, İstanbul Texniki Universiteti, İstanbul Universit eti, Gəbzə Texniki Universiteti, Gəbzə Sənaye Mərkəz i ərazisində qurulmuş “Bilişim Vadisi” və “Texnopark İstanbul” da mühüm görüşlər keçirilib.

Görüşlər zamanı Türkiyə universitetləri ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub. İkili diplom proqramları, birgə elmi-tədqiqat mərkəzləri, laboratoriyalar, AzTU texnoparkı və inkubasiya mərkəzinin yaradılması haqqında müzakirələr aparılıb, müvafiq sənədlər imzalanıb. Səfər çərçivəsində universitetlər və texnoparklarda yeni texnologiyalar mərkəzi və laboratoriyalara baxış keçirilib, texnoloji transfer məsələləri və universitet-sənaye işbirliyinin inkişafı ilə bağlı geniş müzakirələr aparılıb.



AzVision.az



Teqlər: AzTU   Türkiyə  



Xəbər lenti