Partlayışda xəsarət alan 3 nəfərin vəziyyəti kritik ağırdır

   Partlayışda xəsarət alan    3 nəfərin vəziyyəti kritik ağırdır
  04 Aprel 2022    Oxunub:717
TƏBİB Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlarla bağlı yeni məlumat yayıb.
AzVision.az -ın xəbərinə görə, qurumdan bildirilib ki, xəsarət alanlardan hazırda tibb müəssisələrində ümumilikdə, 15 nəfər müalicə alır. Onlardan 12-si TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.
Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Son məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb. Ümumilikdə, bu gün ambulator müalicə üçün 3 nəfər evə göndərilib.

AzVision.az



Teqlər: TƏBİB  



Xəbər lenti