Belçika ilə siyasi məsləhətləşmələr keçirilib
Baş direktor J.Koreman Azərbaycan ilə Belçika arasında siyasi münasibətlərin yaxşı səviyyədə olmasını, hökumətlər və parlamentlər səviyyəsində əlaqələrin mövcud olduğunu və səmərəli dialoqu davam etdirmək əzmində olduğunu vurğulayıb.
Məsləhətləşmələr zamanı bu il Azərbaycan ilə Belçika arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağı bildirilib.
Nazir müavini X.Xələfov Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni siyasi vəziyyət, erməni işğalından azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi və orada aparılan bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.
Müharibədən sonra regionda sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycan tərəfindən aparılan işlər və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı ölkəmizin təşəbbüsləri barədə məlumat diqqətə çatdırılıb. Sülh quruculuğu prosesinə Avropa İttifaqının töhfəsi müsbət qiymətləndirilib, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti görüşündə müsbət nəticələrin əldə ediləcəyinə inam ifadə olunub.
Daha sonra bir sıra regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinə dair qarşılıqlı razılıq ifadə olunub, baş direktor J.Koreman Azərbaycana dəvət olunub.
AzVision.az
Teqlər: Belçika







Vaxtında, Aydın, Lazımlı!


