Güclü külək nəticəsində 9 nəfər xəsarət alıb

   Güclü külək nəticəsində  9 nəfər xəsarət alıb
  05 Aprel 2022    Oxunub:908
Ötən gün Bakıda hava şəraiti ilə əlaqədar küləyin törətdiyi fəsad nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, yaralananlar Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanalara çatdırılıblar: "Onlara TƏBİB-in tabeliyindəki tibb müəssisələrində zəruri ambulator tibbi yardım göstərilib. Artıq, xəsarət alanların hər biri evə buraxılıb. Qeyd edək ki, xəsarət alanlardan 8-i qadın, biri isə 16 yaşlı oğlan uşağı olub".

AzVision.az


Teqlər:



Xəbər lenti