"Fəaliyyət Planı 4 il üçün nəzərdə tutulub" - Baş katib

   "Fəaliyyət Planı 4 il üçün nəzərdə tutulub" -    Baş katib
  05 Aprel 2022    Oxunub:854
"Bu proqram 4 il üçün nəzərdə tutulub. Məqsəd isə odur ki, ölkə qanunverciliyi Avropa standartlarına uyğunlaşsın".
AzVision.az xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç bu gün Bakıda qurumun Azərbaycan üçün 2022-2025-ci illər üzrə yeni Fəaliyyət Planını təqdim edilməsi mərasimində deyib.

O bildirib ki, proqram məsləhət və qurumların monitorinqi nəticəsində hazırlanıb.

" Burada həqiqi nəticələrin əldə edilməsi və nəticələrin uzaldılması nəzərdə tutulur. "Online help" poroqramı vasitsəsi ilə 1000 dən çox hüquqşünas Avropa standartları əsasında təcrübəsini artırıb. 500 jurnalist Avropa standartları və gender bərabərliyi ilə bağlı təlimdə iştirak edib. Bu fəaliyət planının ümumi büdcəsi 9,6 milyon avro təşkil edir".

AzVision.az



Teqlər:



Xəbər lenti