Spiker Ermənistan parlamentinin sədri ilə mübahisəsindən danışdı

   Spiker Ermənistan parlamentinin sədri ilə mübahisəsindən danışdı
  05 Aprel 2022    Oxunub:681
“MDB Parlament Assambleyasının 30 illiyi ilə bağlı Qazaxıstanda keçirilən tədbirdə Ermənistan nümayəndə heyəti özünü elə aparırdı ki, guya onlar bizə sülh təklif edirlər. Onlara cavab verməmək isə mümkün deyildi. Ona görə də tez-tez vaxt götürərək ermənilərin iddialarına cavab verirdim”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

“Dəfələrlə söz alaraq bu fikri çatdırdım ki, sülh təklifini edən bizik, 5 bənddən ibarət olan sənədi biz göndərmişik. Həmişə olduğu kimi onlar yanlış məlumat çatdırmağı sevirlər. Amma bu dəfə alınmadı”.

AzVision.az



Teqlər:



Xəbər lenti