Prezident İsraillə hərbi sahədə uğurlu əməkdaşlıqdan danışıb

   Prezident İsraillə hərbi sahədə uğurlu əməkdaşlıqdan danışıb
  05 Aprel 2022    Oxunub:984
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində İsrail şirkətlərinin iştirakından məmnunluğunu ifadə edib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, turizm naziri Yoel Razvozovu qəbul edərkən bildirib. Dövlət başçısı hərbi-texniki sahədə də ölkələr arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev əlaqələrin inkişafında həm Azərbaycanda, həm də İsraildə fəaliyyət göstərən diasporlarımızın rolundan danışıb, xalqlarımızın nümayəndələrinin əsrlər boyu birgə dostluq şəraitində yaşadıqlarını vurğulayıb, yəhudi icmasının üzvlərinin birinci və ikinci Ermənistan-Azərbaycan müharibələrində iştirak etmələrinin və şücaət göstərməsinin ölkəmizdə ehtiramla qeyd olunduğunu bildirib.

AzVision.az



Teqlər: İsrail   Azərbaycan  



Xəbər lenti