Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb
  05 Aprel 2022    Oxunub:937
Azərbaycanda son sutkada koronavirus əleyhinə 12 054 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 844, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1259, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 9 297, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 654-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 503 634, birinci doza peyvəndlərin ümumi sayı 5 328 019, ikinci doza vaksinlərin sayı 4 829 162 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 115 333, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 231 120 olub.

AzVision.az


Teqlər:



Xəbər lenti