İçərişəhərdə restoranda lift qırıldı - İki nəfər ağır xəsarət alıb

   İçərişəhərdə restoranda lift qırıldı -    İki nəfər ağır xəsarət alıb
  05 Aprel 2022    Oxunub:968
İçərişəhərdə yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Bu barədə AzVision.az -a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib: "1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib".

AzVision.az


Teqlər:



Xəbər lenti