Abramoviç Türkiyə klubunu alır

Abramoviç Türkiyə klubunu alır
  05 Aprel 2022    Oxunub:919
Rusiyalı milyarder Roman Abramoviç Türkiyənin "Göztəpə" klubunu alır.
AzVision.az xəbər verir ki, bu barədə D-Smart Spor məlumat yayıb. Cümə gününə qədər bununla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Türkiyə Superliqasında mübarizə aparan "Göztəpə" turnir cədvəlinin autsayderidir və aşağı liqaya düşmək təhlükəsindədir.

Qeyd edək ki, "Çelsi"nin sahibi olan Roman Abramoviç Rusiyanın Ukrayna ilə müharibəyə başlamasından sonra Böyük Britaniyada sanksiyalarla üzləşib və bu səbəbdən klubu satışa çıxarmalı olub.

AzVision.az



Teqlər:





Xəbər lenti