Əsgərin döyülməsi ilə bağlı Hərbi Prokurorluq araşdırma aparır

 Əsgərin döyülməsi ilə bağlı Hərbi Prokurorluq araşdırma aparır
  06 Aprel 2022    Oxunub:1090
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.
Bu barədə AzVision.az -a Hərbi Prokurorluğun Mətbuat Xismətindən məlumat verilib. "Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Daxili Qoşunların hərbi hissələrindən birində əsgərin döyülməsi ilə bağlı ötən gün videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov görüntülərin ötən il qeydə alındığını bildirib.

AzVision.az


Teqlər: Hərbi-qulluqçu  





Xəbər lenti