Professional yamac paraşütü pilotu olan Fərid Məmmədov tərəfindən reallaşdırılan uçuş zamanı Şuşa səmasını qələbə rəmzimiz olan Azərbaycan bayrağı bəzəyib.Uçuş gələcəkdə ekoturizm məkanına çevrilməsi nəzərdə tutulan Daşaltı kəndi istiqamətində baş tutub.
Qeyd edək ki, dünya paroplan xəritəsində yamac paraşütü üçün Qarabağda yeganə uçuş məkanı Şuşa şəhəri göstərilib.
“2022-ci il Şuşa İli” çərçivəsində #Şuşa |da son 30 ildə ilk dəfə yamac paraşütündən ( #paraplan ) uçuş həyata keçirilib. Uçuş şəhərin ən yüksək nöqtələrindən biri sayılan Qızıl Qaya massivindən (Telegüllə ərazisi) 1400 metr hündürlükdən yerinə yetirilib. #ŞuşaSənAzadsan #Şuşa2022 pic.twitter.com/WJ0r43q4ZN
— Maftun Abbasov (@MaftunAbbasov) April 6, 2022
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


