Prokurorluq restoranda liftin qırılması ilə bağlı araşdırma aparır

Xatırladaq ki, aprelin 5-də paytaxtın Səbail rayonunda yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb.
Hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. 1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.
AzVision.az
Teqlər: Lift