Obama maaşından imtina etdi

Obama maaşından imtina etdi
  04 Aprel 2013    Oxunub:1331
ABŞ prezidenti Barak Obama maaşının beş faizindən imtina edib.
Ağ Ev səlahiyyətlilərinin ABŞ jurnalistlərinə verdiyi açıqlamada bildirilib ki, buna səbəb hökümət büdcəsinin azalmasıdır.

Belə ki, mart ayının əvvəlində minlərlə işçi iznə çıxıb və onların maaşı dövlət büdcəsindən ödənib. Nəticədə ABŞ dövlətinin ümumi büdcəsi azalıb.

ABŞ prezidenti də buna görə, fədakarlıq naminə illik maaşının beş faizini (təqribən 20 min dollara yaxın) dövlətə geri verəcəyini bildirib.
Qeyd edək ki, Obamanin illik maaşı 400 min dollardır.

AzVision.az


Teqlər:  





Xəbər lenti