Mediasiya Şurasının yanında Məşvərət Komissiyası yaradılıb
• "Regional İnkişaf" İctimai Birliyi (RİİB)
• Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
• Azərbaycan Banklar Assosiasiyası
• Azərbaycan Sığortaçılar Assosiasiyası
• Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD)
• Azərbaycan Mikromaliyyə Assosiasiyası
• Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası
• Gəncə İş Adamları İctimai Birliyi
• Azərbaycan İnsan Resursları Assosiasiyası
• Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası
• Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi Cəmiyyəti
• Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi
• Gənc Psixoloqlar İctimai Birliyi
Komissiya fəaliyyətində prioritet istiqamətlərin müəyyən edilməsi, dövrün müasir çağırışlarına əsaslanan həll yollarının tətbiqi, bu sahədə normativ tənzimləmənin həyata keçirilməsi barədə və aidiyyəti sektorlar üzrə mediasiya sahəsində rast gəlinən problemlərin həlli üçün Mediasiya Şurasına konstruktiv təkliflər təqdim edərək ölkəmizdə mediasiyanın inkişafı naminə xüsusi töhfə verəcək.
Komissiya, həmçinin, ölkədə mediasiya üzrə qarşıya çıxan məsələlərin həlli məqsədilə koordinasiyalı qərarların hazırlanması məqsədilə yerli icra hakimiyyəti, özünüidarəetmə orqanları və digər dövlət, özəl təşkilatlarla əlaqəli fəaliyyət göstərəcək. Zərurət olacağı tədirdə Komissiyanın fəaliyyətinə müstəqil ekspertlər də cəlb olunacaq.
Teqlər: Mediasiya-Şurası