DİN: "Əziz Məmiyevin iddiaları tamamilə absurddur"
Qeyd olunub ki, onun müraciətlərinə baxılmaması, araşdırılmaması da əsassızdır: "Dəfələrlə müxtəlif polis orqanlarına dəvət olunub, dinlənilib. Sonra nə baş verib? Çıxandan sonra iddia edib ki, ona təzyiq edilib. Axı, niyə təzyiq edilsin, buna nə lüzum var? Hardadır burda məntiq?
Bununla yanaşı, bildirirdi ki, DİN tərəfindən onun bank hesabından barəsində tətbiq olunan inzibati tənbeh tədbirlərinə görə cərimə rüsumu tutulub. İzah olundu, danışıldı, ancaq mənası olmadı. Bu kimi çeşidli iddiaların mahiyyəti aydındır, məlumdur. Polisə qarşı bu və ya digər iddiaların heç bir halda təməl əsası yoxdur, həqiqəti əks etdirmir".
AzVision.az
Teqlər: DİN







Vaxtında, Aydın, Lazımlı!


