Bakıda arvadını güllələyən kişi özünü öldürdü

   Bakıda arvadını güllələyən kişi özünü öldürdü
  06 Aprel 2022    Oxunub:1021
Bakıda küçədə kişi arvadını və özünü güllələyərək öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, paytaxt sakini, Rasim Xəlilov özünə məxsus qanuni ov tüfəngi ilə küçədə əvvəl həyat yoldaşı Misri Xəlilovanı güllələyərək qətlə yetirib. Daha sonra o, həmin silahla özünü vuraraq öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: Qətl   Tüfəng  





Xəbər lenti