Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub

 Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub
  06 Aprel 2022    Oxunub:715
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 792 141 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 143 nəfər müalicə olunaraq sağalıb, 9 701 nəfər vəfat edib. 297 nəfər aktiv xəstə sayını təşkil edib.

AzVision.az



Teqlər:



Xəbər lenti