Lavrov erməni həmkarı ilə görüşəcək

   Lavrov erməni həmkarı ilə görüşəcək
  06 Aprel 2022    Oxunub:1265
Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında görüş keçiriləcək.
AzVision.az -ın məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, görüş aprelin 8-də Moskvada keçiriləcək.

XİN rəsmisi qeyd edib ki, nazirlər görüşdə iki ölkə arasında münasibətləri, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il razılaşmalarının icrasının gedişatının müzakirə edəcəklər.

AzVision.az



Teqlər: Ermənistan   Azərbaycan  



Xəbər lenti