Tələbə Krediti üçün 5678 nəfər müraciət etdi

  Tələbə Krediti üçün  5678 nəfər  müraciət etdi
  07 Aprel 2022    Oxunub:939
2021/2022-ci tədris ili üzrə Tələbə Təhsil Krediti üzrə 5678 nəfər müraciət edib.
AzVision.az xəbər verir ki, bunu 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat haqqında keçirilən tədbirdə Təhsil Tələbə Krediti (TTK) Fondunun rəhbəri Araz Paşayev deyib. Onun sözlərinə görə, həmin müraciətlər arasından 3590-ı yekunlaşdırılıb:

"Yekunlaşdırılmamış 2088 müraciətin 627 nəfərini tələbə olmayan, kredit almaq hüququ olmayan, 1461 nəfərini isə tələbə sisteminə daxil olub, lakin heç bir əməliyyat aparmayan şəxslər təşkil edir. Ümumilikdə sosial TTK üzrə 1116, standart TTK üzrə 1783 müraciət rəsmiləşib. 691 müraciətdən isə imtina olunub".

AzVision.az



Teqlər:



Xəbər lenti