Abşeronda kişi “Tik-Tok”a girən arvadını döydü

Qadının şikayətindən sonra V.X. saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib.
Məhkəmədə elan edilib ki, hazırda tərəflər barışıb, zərərçəkmişin V.X.-ya qarşı heç bir şikayəti və tələbi yoxdur. O, məhkəmədən işin xitam olunmasını xahiş edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə icraata xitam verilib və V.X. cinayət məsuliyyətindən azad olunub.(Report)
AzVision.az
Teqlər: tik-tok