Ən çox tələbə krediti bu ixtisas üzrə verilib

   Ən çox tələbə krediti bu ixtisas üzrə verilib
  07 Aprel 2022    Oxunub:875
"2021/2022-ci tədris ili üzrə tələbə təhsil krediti ən çox "biznesin idarə edilməsi" ixtisası üzrə verilib. Bu ixtisasda təhsil alan 187 tələbə kredit ala bilib".
AzVision.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat tədbirində deyib.

"Sonrakı yerlərdə "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" (168), "İqitisadiyyat" (135), "Tarix müəllimliy"i (128), 2Tarix və coğrafiya müəllimliyi" (113), "İbtidai sinif müəllimliyi" (111), "maliyyə" (94) və digər ixtisaslar gəlir".

Aytən Zəhra
AzVision.az



Teqlər: Tələbəkrediti  



Xəbər lenti