Özünü asan şirkət rəhbəri ilə bağlı araşdırma aparılır

   Özünü asan şirkət rəhbəri ilə bağlı araşdırma aparılır
  07 Aprel 2022    Oxunub:1065
Bakıda baş verən intihar hadisəsi ilə bağlı araşdırma aparılır.
AzVision.az -ın xəbərinə görə, paytaxtın Xətai rayonunda 35 yaşlı Vüsal Məlikovun özünü asaraq öldürməsi ilə bağlı prokurorluqda araşdırmalara başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı araşdırma Xətai rayonu Prokurorluğunda aparılır.

Qeyd edək ki, Vüsal Məlikovun “Həzi Aslanov” metrostansiyası yaxınlığındakı evində özünü qalstukla asaraq öldüyü bildirilir. Əslən Salyan rayonundan olan Vüsal Məlikov Bakıda fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibidir.

AzVision.az




Teqlər: prokurorluq  



Xəbər lenti