Peyvənd olunanların sayı açıqlanıb

   Peyvənd olunanların sayı açıqlanıb
  07 Aprel 2022    Oxunub:705
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 9497 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 630, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 760, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7588, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 519 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 523 432, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 329 250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 830 745, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 131 203, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 232 234 təşkil edir.

AzVision.az



Teqlər: peyvənd  



Xəbər lenti