Rektor daha sonra səmavi dinlərdə oruc ibadəti haqqında tələbələrə məlumat verib. Bildirib ki, İslamdan əvvəl də oruc ibadəti bütün ilahi dinlərdə mövcud olub.
A.Şirinov Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təsdiq olunan Ramazan ayının təqviminə, eyni zamanda, verilən tövsiyələrə əməl edilməsinin vacibliyinə də toxunub.
Aİİ-nin İslamşünaslıq kafedrasının müəllimi Vüqar Səmədov Ramazan ayının hikmət və fəzilətləri mövzusunda bəhs edərək, oruc ibadətinin insanlara səbri, təqvalı olmağı öyrətdiyini bildirib. Bu müqəddəs ayda insanların lüzumsuz işlərin ardınca getməsinin doğru olmadığını diqqətə çatdırıb.
Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu vurğulayan V.Səmədov bu ayın insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını qeyd edib. O, cəmiyyət üzvləri arasında əlaqələrin gücləndirilməsində də Ramazan ayının xüsusi əhəmiyyətə malik olduğunu söyləyib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


