BDU-nun məşhur fotoqrafı vəfat etdi

   BDU-nun məşhur fotoqrafı vəfat etdi
  07 Aprel 2022    Oxunub:1313
Bakı Dövlət Universitetinin (BDU) tanınmış fotoqrafı Salam Muxtarov uzun sürən xəstəlikdən sonra aprelin 7-də vəfat edib.
AzVision.az -ın məlumatına görə, bu barədə Universitetin əməkdaşları xəbər veriblər.

Uzun illər BDU-da peşəkar fotoqraf kimi tanınan Salam Muxtarov həm də bu ali təhsil ocağnın nəşr etdirdiyi “Bakı Universiteti” qəzetinin əməkdaşı olub.

Mərhum uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Salam Muxtarov keçmiş teleaparıcı - hazırda BAMF-da sədr müavini kimi çalışan Günel Gözəlovanın atasıdır.

Allah rəhmət eləsin.

AzVision.az


Teqlər:



Xəbər lenti