Sağlamlıq imkanı məhdud 30 mindən çox uşaq qiymətləndirilib

Sağlamlıq imkanı məhdud 30 mindən çox uşaq qiymətləndirilib
  08 Aprel 2022    Oxunub:1121
“0-6 yaş arası sağlamlıq imkanları məhdud uşaqların evdə sosial reabilitasiyaya cəlb olunması ilə bağlı 2021-ci ilin 1 iyun tarixində start verilən layihə çərçivəsində ötən dövr ərzində 76 uşağa xidmət göstərilib və onların evlərinə baş çəkilib”.
AzVision.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev deyib.

O bildirib ki, xidmət göstərilməsi üçün valideyn icazəsi olmalıdır: “Hazırda 27 uşaqla bağlı qiymətləndirmə yekunlaşıb ki, onlar da yaxın zamanlarda reabilitasiya cəlb olunacaq. Bu vaxta kimi 23 uşağın reabilitasiyası isə yekunlaşıb”.

F.Ağayev bildirib ki, ötən il 37 mindən çox sağlamlıq imkanı məhdud uşağın ailəsinə səfər edilib, 30 mindən çox uşaqla bağlı qiymətləndirmə aparılıb:

"Rəqəm fərqinin olmasına səbəb uşaqların qeydiyyatda olduğu ünvanda yaşamamaqları olub. Bu proses davamlıdır. Qiymətləndirmə əsasında 4 mindən çox uşaq riskli keys kimi nəzərdə tutulub və onlar barəsində xüsusi layihələrin həyata keçirilməsinə başlanılıb".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti