"Bu günə kimi 202 uşaq övladlığa verilib" - Agentlik

  "Bu günə kimi 202 uşaq övladlığa verilib" -    Agentlik
  08 Aprel 2022    Oxunub:1117
Övladlığa verilmə ilə bağlı səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə verildiyi vaxtdan bu günə kimi 202 uşaq övladlığa verilib. Bunlardan 104-i oğlan, 98-i qızdır.
AzVision.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev deyib. O bildirib ki, cari ilin aprel ayına qədər 54 uşaq övladlığa verilib.

"Agentlik tərəfindən sosial xidmət müəssisələrində 625-i qız, 440-ı oğlan olmaqla 1565 valideyn himayəsindən məhrum olmuş uşağın uçotu aparılıb".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti