“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir

“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir
  08 Aprel 2022    Oxunub:930
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildiriblər ki, yarışlarda tank heyətləri minalanmış sahələri və digər maneələri dəf etdikdən sonra təyin olunmuş müddətdə şərti düşmənin yer, hava hədəflərini, eləcə də tank əleyhinə vasitələrini yerində və hərəkətdə olarkən məhv edilməsi üzrə tapşırıqları icra edirlər. Yekun nəticələrə əsasən ən yaxşı tank heyəti müəyyən olunacaq.

AzVision.az



Teqlər: Tank  



Xəbər lenti