Yuxusuzluq problemi: Gecədə 20 dərman qəbul edənlər var

      Yuxusuzluq problemi:    Gecədə    20 dərman    qəbul edənlər var
  08 Aprel 2022    Oxunub:1738
Adətən yuxuya getmək bir az vaxt tələb edir, lakin koreyalılar dərhal yatmaq istəyirlər və dərman qəbul etməyə üstünlük verirlər. Cənubi Koreyada yuxu dərmanlarına aludəçilik milli epidemiyaya çevrilib. Bu məsələ ilə bağlı rəsmi məlumatlar açıqlanmayıb, lakin ölkədə 100 minə yaxın insanın yuxu dərmanı asılılığı olduğu güman edilir. Yuxu dərmanı içsələr də hələ də yata bilməyən bəzi insanlar spirt içərək yuxuya getməyə çalışırlar. Bu isə təhlükəli nəticələrə gətirib çıxarır.
AzVision.az Koreya mətbuatına istinadən xəbər verir ki, bu barədə həkim Ji-hyeon Lee müsahibə verib. O bildirib ki, xəstələri içərisində bir gecədə 20 yuxu həbi qəbul edənlər də var:

"İnsanlar yuxuda gəzən adama çevriliblər. Seulun mərkəzində yuxuda gəzən bəzi xəstələrin qəzaya düşməsi hallarını eşidirik. Klinikaya gələndə qarşımda ağlasalar da, görürəm ki, hələ də ümidlidirlər".



Cənubi Koreya dünyada təkcə yuxusuzlara görə deyil, həm də intihar hallarına görə ön sırada olan ölkələrdəndir. Sərt spirtli içkilərin ən çox istehlak edildiyi ölkədə antidepresan istifadəsi geniş yayılıb. Bunun ölkənin tarixi ilə əlaqəli olduğu deyilir. Belə ki, Cənubi Koreya bir neçə onillikdə dünyanın ən kasıb ölkələrindən dünyanın texnoloji cəhətdən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Daha çox işləmək üçün təzyiqin göstərilməsi nəticəsində belə hallar yaşanır.

AzVision.az



Teqlər: Yuxu  





Xəbər lenti