Daha iki pandemiya xəstəxanasında ənənəvi xidmət bərpa edilib

   Daha iki pandemiya xəstəxanasında ənənəvi xidmət bərpa edilib
  08 Aprel 2022    Oxunub:616
COVID-19 infeksiyasına yoluxma üzrə gündəlik aktiv xəstə sayında müşahidə olunan kəskin azalmaya uyğun olaraq, Masallı və Sabirabad Rayon Mərkəzi Xəstəxanalarının pandemiya tibb müəssisəsi kimi fəaliyyətləri dayandırılaraq, ənənəvi xidmət bərpa edilib.
TƏBİB-dən AzVision.az -a verilən xəbərə görə, hər iki tibb müəssisələrində Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsi yaradılıb, triaj sistemi qurulub və digər şöbələr xəstə qəbuluna tam hazır vəziyyətə gətirilib.

TƏBİB-in Koordinasiya şöbəsinin koordinatoru Orxan Bağızadə və mütəxəssisi Şirin Səmədova görülmüş işlərlə yerində yaxından tanış olub, müvafiq tövsiyələr veriblər.

Xatırladaq ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin, eləcə də, modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.

AzVision.az



Teqlər:



Xəbər lenti