Teymur Bünyadov vəfat edib

   Teymur Bünyadov vəfat edib
  08 Aprel 2022    Oxunub:1230
Azərbaycan elminə ağır itki üz verib.
AzVision.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu məlumat yayıb.

Tarixçi-etnoqraf, tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri, “Şöhrət” və “Şərəf” ordenləri laureatı Teymur Bünyadov bu gün axşam saatlarında 94 yaşında vəfat edib.

Teymur Bünyadov 1928-ci il yanvarın 20-də Qazax bölgəsinin II Şıxlı kəndində doğulub. O, Azərbaycan arxeologiya və etnoqrafiya elminə aid 29 monoqrafiyanın, 1000-ə yaxın məqalənin müəllifidir. Akademik T.Bünyadovun əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından uzaqlarda - Türkiyə, İran, Rusiya, Ukrayna, Norveç kimi ölkələrdə də çap edilib.

Allah rəhmət eləsin!

AzVision.az


Teqlər:





Xəbər lenti