Bakıda NATO-nun təlim kursu keçirilib

Bakıda NATO-nun təlim kursu keçirilib
  09 Aprel 2022    Oxunub:1152
Müdafiə Nazirliyinin (MN) NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən "Hərbi ictimai əlaqələr" mövzusunda təlim kursu keçirilib.

Bu barədə AzVision.az -a MN-dən bildirilib. Kursda dinləyicilərə NATO-nun media və ictimaiyyətlə birgə fəaliyyəti ilə bağlı müxtəlif sahələrdə brifinqlər təqdim olunub. Mövzuya dair fikir mübadiləsi aparılaraq praktiki qrup çalışmaları yerinə yetirilib. Sonda dinləyicilərə sertifikatlar təqdim olunub.

AzVision.az


Teqlər: NATO  



Xəbər lenti